Frimponq PSJ-nin qələbəsinə sevinməsinin səbəbini açıqladı

“Liverpul”un sağ cinah müdafiəçisi Ceremi Frimponq, PSJ-nin UEFA Çempionlar Liqasının finalında “Arsenal” üzərində qazandığı qələbəyə (1:1, penalti – 4:3) niyə çox sevindiyini izah edib. Niderlandlı futbolçunun televizorda penaltilər seriyasını izlədiyi və parislilərin qələbəsindən sonra sevindiyi video sosial mediada yayılıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Arsenal”a qarşı hörmətsizlik ittihamlarına da cavab verib:

“Rahat olun! Sadəcə, dostumla mərc etdik və mən qazandım. Buna görə çox xoşbəxt idim”.

“Liverpul”u Çempionlar Liqasından kənarlaşdıran PSJ olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button