Varan “Real”dakı gələcəyiylə bağlı qərarını verdi

Fransalı müdafiəçi Rafael Varan mövsümün sonunda “Real”dan ayrılmaq istəyir.

Komanda.az xəbər verir ki, 27 yaşlı müdafiəçi artıq qərarını verib. Bu barədə “sport.es” saytı məlumat yayıb. Xəbərdə, Varanın mövsümün sonunda komandanı tərk edəcəyi bildirilib. “Real” rəhbərliyi də futbolçunun satışından yaxşı gəlir əldə etmək niyyətindədir.

Varan 2011-ci ildən “Real”da çıxış edir. Fransa milli komandasının da üzvü olan müdafiəçinin “transfermarkt”da dəyəri 70 milyon avrodur. Varanın “kral klubu” ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button