Fransız müdafiəçi “Arsenal”la “Çelsi”nin hədəfində
“Leyptsiq”in müdafiəçisi İbrahima Konate İngiltərənin nəhəng klublarının diqqət mərkəzinə düşüb.
Komanda.az xəbər verir ki, 19 yaşlı futbolçu ilə “Arsenal” və “Çelsi” yaxından maraqlanır. Bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb. Xəbərdə, London təmsilçilərinin yay transfer pəncərəsi dövründə fransız müdafiəçini heyətlərinə qatmağa çalışacaqları bildirilib.
2017-ci ildə Fransanın “Soşo” klubundan “Leytpsiq”ə keçən Konatenin, Bundesliqa təmsilçisi ilə 2023-cü ilə qədər müqaviləsi var.
Konate cari mövsümdə 27 qarşılaşmada iştirak edərək, 3 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin