“Milan” “Lill”dən futbolçu alır – 15 milyon avroya

Fransanın “Lill” klubunun qapıçısı Mayk Menyan karyerasını İtaliyada davam etdirəcək.

Komanda.az “Football İtalia”ya istinadən xəbər verir ki, fransalı futbolçu “Milan”a keçməyə yaxındır. Tərəflər arasında artıq razılıq əldə olunub.

“Milan” Menyan üçün “Lill”ə 15 milyon avro ödəyəcək. 25 yaşlı futbolçu “qırmızı-qaralar”la 5 illik müqavilə imzalayacaq.

Menyan Liqa 1-də çempion olan “Lill”lə bu mövsüm ümumilikdə 48 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button