Burak Yılmaz İtaliya klubuna keçə bilər

Fransanın “Lill” klubunun futbolçusu Burak Yılmaz karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, türkiyəli hücumçu ilə “Salernitana” klubu yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Salernitana”nın baş məşqçisi Valter Sabatini rəhbərlikdən 36 yaşlı hücumçunun heyətə cəlb edilməsini istəyib.

Burak bu mövsüm “Lill”lə 26 oyunda 6 qol vurub, 5 məhsuldar ötürmə edib.