PSJ rəsmisindən Messinin maaşıyla bağlı açıqlama

Fransanın “Lequipe” nəşri Lionel Messinin PSJ-də 3 ilinə 110 milyon dollar qazanacağını xəbər etmişdi.

Komanda.az xəbər verir ki, Paris təmsilçisinin idman direktoru Leonardo bu məlumatların yalan olduğunu deyib:

“Rəqəmlər həqiqətə uyğun deyil. Müqavilədə riayət olunması vacib olan gizli qaydalar var. Hər şeyi açıqlaya bilmərəm. Onu deyə bilərəm ki, 110 milyon avroluq məbləğ düzgün deyil”.

Messi PSJ ilə 2+1 illik müqavilə imzalayıb.