Daha bir tanınmış məşqçi “Nyukasl”a “yox” dedi

Fransalı mütəxəssis Zinəddin Zidan İngiltərənin “Nyukasl” klubundan təklif alıb.

Komanda.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Premyer Liqa təmsilçisi Zidana baş məşqçilik təklif etsə də, fransalı mütəxəssisin cavabı “yox” olub.

“Nyukasl” daha əvvəl italyan mütəxəssis Antonio Konteyə də təklif göndərmiş, lakin rədd cavabı almışdı. Premyer Liqa təmsilçisini hazırda Stiv Bryus çalışdırır.

“Nyukasl” klubunun səhmlərini Səudiyyə Ərəbistanında fəaliyyət göstərən investisiya fondu alıb. Fondun sərvəti 434 milyard avrodan çoxdur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button