Fransalı futbolçu “Neftçi”də – VİDEO

“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Azərbaycan çempionu Fransanın “Havr” klubunun yarımmüdafiəçisi Romen Baskı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı fransız futbolçunun təqdimatını maraqlı video ilə açıqlayan “Neftçi” hələlik müqavilənin detallarını açıqlamayıb. Futbolçu yeni komandasında “14” nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Bask, peşəkar karyerasına ölkəsinin “Keviyi Ruan” klubunda başlayıb. O, 2018-ci ildən “Havr”da çıxış edir. “Neftçi”nin yeni transferi geridə qalan mövsümdə bu komandanın heyətində Liqa 2 çərçivəsində 35 matça çıxıb və 3 qola imza atıb.