
Fransa millisinin futbolçusu PSJ ilə 3 illik müqavilə imzalayacaq
“Aston Villa”nın və Fransa millisinin müdafiəçisi Luka Din karyerasını PSJ-də davam etdirəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər müddəti 3 il olan müqavilə imzalayacaq.
Paris klubunun futbolçunun müqaviləsində nəzərdə tutulan sərbəstqalma məbləğini ödəmək barədə “Aston Villa”ya rəsmi məlumat verdiyi açıqlanmışdı. Bildirilir ki, transferin dəyəri 10 milyon avrodan azdır və sözləşmə 2026-cı il dünya çempionatı başa çatdıqdan sonra rəsmiləşdiriləcək.
33 yaşlı futbolçu PSJ-də müdafiənin sol cinahında Nuno Mendeşin əvəzedicisi rolunu qəbul edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



