“Şansımızı itirmişik və yenidən tapmalıyıq” – Qrizmann

Fransa millisinin futbolçusu Antuan Qrizmann AÇ-2020-nin seçmə mərhələsində Türkiyə ilə qarşılaşdıqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 28 yaşlı hücumçu, 1:1 hesabıyla bitən oyunu belə şərh edib:

“Hazırda ideal formada deyilik. Şansımızı itirmişik və yenidən tapmalıyıq. Bəzən top qapıya girməz. Bu futboldur, dünya çempionatını qazanmaq üçün bu qədər qol imkanlarımız olmamışdı. Səbrli olub, daha yaxşı çalışmalıyıq.

Hələ iki oyunumuz var. Moldova və Albaniyanı məğlub etməliyik. İki döyüşdən sonra uğurumuzu qeyd edə bilərik”.