18 yaşlı futbolçu üçün 50 milyon avro tələb edirlər – PSJ-dən

PSJ müdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisi “Lill”də çıxış edən Leni Yoronun xidmətində maraqlıdır.

PSJ 18 yaşlı mərkəz müdafiəçisi üçün onun klubuna 20 milyon avroluq təklif göndərib. “Lill” isə gənc oyunçu üçün 50 milyon avro tələb edir. Tərəflər arasında danışıqlar davam edir.

Leni Yoro “Lill”in yetirməsidir. Fransa U-21 millisinin üzvü bu mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 24 matçda 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button