Jiru: “Bu, mənim sonuncu turnirim olacaq”

“Milan”dan ABŞ-ın “Los-Anceles” klubuna keçən hücumçu Olivye Jiru Fransa millisi ilə 2024-cü il Avropa çempionatının qalibi olmaq arzusunda olduğunu bildirib.

Komanda.az “Milan News”-a istinadən xəbər verir ki, fransalı forvard AÇ-2024-ün onun sonuncu turniri olacağını da deyib:

“38 yaşımda xəyallarım nələrdir? Ola bilsin ki, Fransa millisi ilə Avropa çempionatını qazanmaq. Bu, həm də mənim sonuncu turnirim olacaq. 2016-cı ildə evdə, finalda uduzduq. Bu, 2018-ci ildə dünya çempionu olanda uğur qazanmağımıza kömək etdi. “Milan” və Fransa millisi ilə Avropadakı karyeramı ən yüksək səviyyədə başa vurmaq mənim üçün doğru zamanda doğru qərar idi”.

Fransa yığması AÇ-2024-də D qrupunda yer alıb. Onların rəqibləri Polşa, Niderland və Avstriya olacaq.

Jiru bu gün “Milan”dan ayrılaraq, MLS klubuna keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button