Fransa çempionunun yeni baş məşqçisi bəlli oldu

Fransanın “Lill” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisini bundan sonra Joslen Qurvennek çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 49 yaşlı fransız mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb.

Qurvennek son olaraq 2018/19 mövsümündə “Genqam”a rəhbərlik edib.

Qeyd edək ki, geridə qalan mövsümdə Liqa 1-in qalibi olan “Lill”i Kristof Qaltye çalışdırırdı. Lakin o, bu yay istefa verib və “Nitsa”nın baş məşqçisi təyin olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button