Formula 1: Daha bir məşhur musiqiçi Bakıya gəlir

“Formula 1” üzrə Azərbaycan qran-prisində çıxış edəcək daha bir məşhur musiqiçinin adına aydınlıq gəlib.

Komanda.az xəbər verir ki, niderlandlı DJ Don Diablo aprelin 28-də Dənizkənarı Bulvar ərazisində yerləşən səhnədə şou sərgiləyəcək.

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib.

Daha əvvəl DJ Hardvellin aprelin 29-da çıxış edəcəyi açıqlanmışdı.

Xatırladaq ki, Azərbaycan qran-prisi 28-30 aprelə təsadüf edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button