Flikin “Barselona” rəhbərliyindən xahişi

“Barselona”nın yeni baş məşqçisi Hans-Diter Flik yay transfer pəncərəsində müdafiənin cinahlarını gücləndirmək niyyətindədir.

Komanda.az “Sport”-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis rəhbərlikdən komandaya iki müdafiəçi almağı xahiş edib.

“Barselona” çətin ki, “Mançester Siti”dən Joao Kanselonu transfer edə bilsin. Portuqaliyalı müdafiəçi icarə əsasında komandada yaxşı çıxış edib, lakin “Barsa” müdafiəçi üçün 60 milyon avro ödəmək niyyətində deyil.

Yayda sol cinah müdafiəçisi Markos Alonso da azad agent kimi “Barselona”nı tərk edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button