
Flikdən gözlənilməz qərar
“Barselona” son iki oyunda uğursuz nəticələrlə üzləşib. Kataloniya təmsilçisi ardıcıl olaraq “Atletiko”ya 0:4 (kubok), “Jirona”ya isə 1:2 hesabı ilə məğlub olub.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, baş məşqçi Hans-Diter Flik kollektivin psixoloji baxımdan yenilənməyə ehtiyacı olduğunu düşünərək futbolçulara iki günlük istirahət verib.
“Barselona” İspaniya La Liqasının 25-ci turu çərçivəsində fevralın 22-də “Levante”ni qəbul edəcək. Kataloniyalılar hazırda çempionatın turnir cədvəlində 2-ci pillədə qərarlaşıb və lider “Real”dan iki xal geri qalır.
Flikin yetirmələri UEFA Çempionlar Liqasının pley-off mərhələsində iştirak etməyib. Komanda turnirin 1/8 final mərhələsinə birbaşa vəsiqə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



