Flik hakimlərdən narazılıq etdi

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik dünən UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin “Atletiko” ilə keçirilən ilk oyununda baş verən mübahisəli penalti epizodunu xatırladaraq, hakim qərarından narazılığını gizlətməyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis ikinci hissənin əvvəlində rəqibin müdafiəçisi Mark Pubilin qapıçı Xuan Musso tərəfindən oyuna daxil edilən topa əllə toxunduğunu bildirib:

“Onların qapıçısı topu oyuna daxil edir, futbolçu isə heç baxmadan ona əli ilə toxunur. Bəs VAR-ın mənası nədir?”

Qarşılaşma “Barselona”nın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Qolları Xulian Alvares (45) və Aleksander Sörlot (70) vurub. “Barselona” 44-cü dəqiqədən etibarən azlıqda mübarizə aparıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button