
Flik: “PSJ ilə qarşılaşmayacağımız üçün sevinmirik”
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasının püşkü ilə bağlı fikirlərini açıqlayıb. Kataloniyalılar mövsüm ərzində ikinci dəfə “Nyukasl”la qarşılaşacaqlar.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı bütün oyunların önəmli olduğunu bildirib:
“Bütün oyunlar önəmlidir. PSJ ilə qarşılaşmayacağımız üçün sevinmirik, rəqibə hörmətlə yanaşmalıyıq. Hər kəs finala çıxmaq istəyir, “Nyukasl” da Çempionlar Liqasını qazanmaq istəyir. Hər rəqib çətindir. Asan olmayacaq. Ən yüksək səviyyədə oynamalıyıq. Növbəti mərhələyə keçsək, “Atletiko” və ya “Tottenhem”lə oynamaq da çox çətin olacaq. Bu, fantastik imkandır, amma bütün rəqiblərimizə böyük hörmətimiz var”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



