
Flik: “Hələ ən yaxşı səviyyəmizi göstərdiyimizi demək üçün tezdir”
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya La Liqasında “Atletiko”ya qarşı 3:1 hesablı qələbədən sonra komandadakı vəziyyəti dəyərləndirib.
La Liqanın 15-ci turunun “Kamp Nou”da keçirilən matçında kataloniyalılar əzəli rəqiblərindən biri üzərində vacib qələbə qazanıblar.
Komanda.az xəbər verir ki, almaniyalı çalışdırıcı oyunsonrası mətbuat konfransında komandanın inkişafda olduğunu bildirib:
“Biz yenidən yaxşı mövqedəyik, amma hələ ən yaxşı səviyyəmizi göstərdiyimizi demək üçün tezdir. Daim inkişaf etmək istəyirik. Bu bizim mentalitetimizdir, bu ruhda çalışırıq”.
Turnir cədvəlində “Barselona”dan 4 xal geri qalan “Real” bu gün səfərdə “Atletik”lə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



