Flik: “Biz yaxşı vəziyyətdə deyilik”

“Barselona” İspaniya çempionatında növbəti dəfə məğlub olub. Komanda bu dəfə “Jirona”ya uduzub – 1:2.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Hans-Diter Flik mövcud vəziyyətdən narazılığını gizlətməyib. O, komandanın hazırda ciddi problemlərlə üz-üzə olduğunu bildirib:

“Biz yaxşı vəziyyətdə deyilik, böhran yaşayırıq. Qarşıdakı bir həftə ərzində çox çalışmalı və cavablar tapmalıyıq. Ola bilsin ki, bizə fərqli mentalitet və daha yüksək səviyyə lazımdır. Daha yaxşı oynamalıyıq”.

“Barselona” ötən həftə İspaniya kubokunda “Atletiko”dan 0:4 hesablı ağır məğlubiyyət almışdı. Uğursuz nəticələrdən sonra kataloniyalılar İspaniya çempionatının turnir cədvəlində liderliyi əldən veriblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button