“Çelsi”yə “yox” deyib – “Barselona”da işləmək üçün

Almaniyalı mütəxəssis Hans-Diter Flik “Barselona”ya rəhbərlik edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 59 yaşlı məşqçi Kataloniya klubunda çalışmaq üçün “Çelsi”də işləməkdən imtina edib.

“Barselona”nın idman direktoru Deku Fliklə danışıqlar aparıb. Söhbətin müsbət getdiyi qeyd edilir.

Daha əvvəl Xavinin mövsümün sonunda “Barselona”nın baş məşqçi postunu tərk edəcəyi açıqlanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button