İtaliyalı hücumçunun evi soyuldu

“Fiorentina”nın hücumçusu Moyze Kin evində baş verən oğurluq hadisəsi nəticəsində ciddi maddi zərərə məruz qalıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə 26 yaşlı futbolçunun və ailəsinin evdə olmadığı vaxt baş verib. Mənzilə daxil olan oğrular Kinə məxsus, ümumi dəyəri təxminən 300 min avro olan bahalı saat kolleksiyasını aparıblar.

İtaliyalı oyunçu istintaq çərçivəsində polisə ifadə vermək və digər zəruri prosedurlarda iştirak etmək üçün məzuniyyətini yarımçıq qoyaraq Florensiyaya qayıtmalı olacaq.

Futbolçunun gələcəyi ilə bağlı vəziyyət də hələ tam aydın deyil. “Fiorentina”da baş məşqçi dəyişikliyi gözlənilir və bu amilin Kinin gələcək planlarına təsir göstərə biləcəyi vurğulanır. Bununla belə, klub rəhbərliyinin və azarkeşlərin hücumçunu yüksək qiymətləndirdiyi qeyd olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button