“Fikrimizcə, biz udmalı idik” – Çerçesov

“Ferentsvaroş”un baş məşqçisi Stanislav Çerçesov Macarıstanda “Qarabağ”a 1:3 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, rusiyalı mütəxəssis bunları deyib:

“Əslində oyuna pis başladıq, pis də qurtardıq. Fikrimizcə, biz udmalı idik. Amma praktikada bunu bacarmadıq.

Biz komanda şəklində uduzduq. Xüsusilə, çox top itkilərinə yol verdiyimiz üçün məğlub olduq”.

Baş məşqçinin sözlərinə görə, özündən razı olmaq pis deyil:

“Hətta deyərdim ki, belə oyunlar üçün yaxşıdır. Baş məşqçiyəm, bütün məsuliyyət mənə aiddir. Daha sonra sakit başla səhvləri harada buraxdığımızı təhlil edəcəyik”.