Əliyar Ağayev İsraildə

FİFA referisi Əliyar Ağayev İsrail Futbol Federasiyasının dəvəti ilə bu ölkədə yanvarın 15-dən 18-dək keçirilən hakimlərin seminarında iştirak edir.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA mentoru Haim Jakovun və İsrailin elit hakimlərinin də iştirak etdiyi seminarda praktiki və nəzəri məşğələlər keçirilir.