Favoritlərdən növbəti, “Alyans”dan ilk qələbə

Bu gün futzal üzrə Yüksək Liqada 4-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, turun bütün görüşləri “Olimpik Star”da baş tutub.

İlk matça “Record” ilə “Neftçi” İK İB qarşılaşıb. 8 qolun qeydə alındığı bu oyun “Neftçi”nin qələbəsiylə yekunlaşıb.

Turun ikinci oyununda Lənkəran təmsilçisi “Alyans” U-19 millimizlə qarşılaşıb. 11 qolluq bu görüşdə qələbəni “Alyans” bayram edib. Bu, Yüksək Liqanın debütantı olan komandanın mövsümdəki ilk qələbəsidir.

Turun mərkəzi oyununda “Baku Fire” ilə EKOL üz-üzə gəlib. EKOL bu oyundan 8 qolla qalib ayrılıb.

Son matç isə “Xilə” ilə “Araz” arasında baş tutub. Debütantla qarşılaşmada son çempion darmadağınla qalib gəlib. Naxçıvan təmsilçisi bu qələbədən sonra UEFA Çempionlar Liqasına major notlarla yollanır.

Yüksək Liqa, 4-cü tur

22 oktyabr

Record – Neftçi İK İB 3:5
Qol
: Matin Qahremani, 19:31. Hasan Ali Jafari, 20:13; 35:22-pen – Oruc Baxşəlizadə, 09:03. Kənan Manafov, 12:42; 19:02. Adil İsmayılov, 19:51; 31:09.
Hakimlər: Əli Cəbrayılov, Hikmət Qafarlı, Nail Nağıyev.
Hakim-inspektor: Azər Əsgərov.
Olimpik Star. Saat 12:00.

Alyans (Lənkəran) – U-19 6:5
Qol
: Saeid Azimi, 0:25. Oktay Rüstəmli, 7:08; 39:50. Tofiq Məlikov, 22:00; 38:14. İlham Allahverdiyev, 35:53 – Xəzər Ağalızadə, 10:26; 38:48; 39:44. Nurlan Məmmədov, 16:55. Fuad Məmmədzadə, 21:32.
Hakimlər: Etibar Həsənov, Mahir Məmmədov, Vüsal Balaşov
Hakim-inspektor: Füzuli Nəcəfov.
Olimpik Star. Saat 14:15.

Baku Fire – EKOL 1:8
Qol
: Renat Sultanov, 37:20 – Samir Həmzəyev, 8:05. Fərid Ələkbərov, 10:39; 19:59; 28:32. Fərid Atakişiyev, 18:31. Namiq Məmmədkərimov, 24:48; 35:26. Əsgər Abasov, 29:54.
Hakimlər: Nail Nağıyev, Ziya Nəsirov, Əli Cəbrayılov.
Hakim-inspektor: Mehman Mahmudov.
Olimpik Star. Saat 16:15.

Araz (Naxçıvan) – Xilə 9:1
Qol
: David Qustavo, 13:45. Felipinyo, 13:55; 18:25; 21:29. Maneka, 16:03; 39:15. Xətai Bağırov, 28:23. Nurlan Mehdizadə, 34:31; 38:04 – Fərid Səmədzadə, 6:38.
Hakimlər: Hikmət Qafarlı, Xəlil Xəlilov, Hüseyn Əsgərov.
Hakim-inspektor: Azad Hüseynov.
Olimpik Star. Saat 18:15.

Xal durumu: EKOL – 12, Araz – 12, Record – 6, Neftçi İK – 6, Baku Fire – 6, Alyans – 3, Xilə – 3, U-19 – 0.