
Fransa klubu Fati üçün 11 milyon avro ödəyəcək?
“Barselona”nın hücumçusu Ansu Fati yaxın həftələrdə gələcəyi ilə bağlı yekun qərar verməlidir.
23 yaşlı futbolçu başa çatan mövsümü icarə əsasında “Monako”da keçirib və uğurlu çıxışı ilə diqqət çəkib. O, Liqa 1-də 12 qol vuraraq, yenidən özünü göstərməyi bacarıb.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, ilk qərar “Monako”dan gəlməlidir. Fransa təmsilçisi Fatinin müqaviləsində yer alan 11 milyon avroluq satınalma maddəsini aktiv edib-etməməyə qərar verəcək. Bildirilir ki, futbolçunun özü də bu prosesdə mühüm rol oynayacaq. Fatinin əsas istəyi yetirməsi olduğu “Barselona”ya qayıtmaqdır. Ancaq görünən odur ki, baş məşqçi Hans-Diter Flik onu gələcək planlarında düşünmür.
Bu arada, ispaniyalı futbolçu ilə ciddi maraqlanan klublardan biri də “Sevilya”dır. İddialara görə, klub Fatini heyətinə qatmaq variantını nəzərdən keçirir.
Bizi Facebook-da izləyin



