“Fantastik futbol oynamadıq” – Vladimir İviç

“Fantastik futbol oynamadıq. Qələbə qazanmalı idik. Bunu da bacardıq. Hələlik pik formamızda deyilik”.

Komanda.az xəbər verir ki, bu sözləri İsrailin “Makkabi” (Təl-Əviv) komandasının baş məşqçisi Vladimir İviç “Zirə”yə 3:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

İviç “qartallar”ın ideal formada olmadığını deyib: “Ötən mövsüm oyunlarına baxdığım “Zirə” daha yaxşı idi. “Qarabağ”a qarşı daha yaxşı oynamışdılar. Bəlkə də bu zəiflik ilk rəsmi matç keçirmələrindən irəli gəlir. Cavab matçı bir növ duelin ikinci hissəsi olacaq”.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button