
PSJ-nin futbolçusu 2-3 həftəyə geri dönəcək
PSJ-nin zədəli yarımmüdafiəçisi Fabian Ruisin durumu ilə bağlı yeni məlumat yayılıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu hazırda intensiv məşqlər keçir və bərpa prosesini sürətlə davam etdirir. Onun təxminən 2-3 həftə ərzində yenidən komandaya qoşulacağı gözlənilir. Bununla belə, klub tərəfindən rəsmi dönüş tarixi hələ açıqlanmayıb.
Bildirilir ki, son günlər yayılan şayiələrin əksinə olaraq, Fabian Ruislə tibbi heyət arasında heç bir problem yoxdur.
İspaniyalı yarımmüdafiəçi sonuncu dəfə yanvarda meydana çıxıb. O, cari mövsümdə bütün turnirlərdə 24 oyunda iştirak edib, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



