“Fənərbaxça”dan ayrıldı, “Başakşəhər”lə müqavilə imzaladı

Türkiyənin “Başakşəhər” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa klubu İstanbulun digər təmsilçisi “Fənərbaxça”dan ayrılan Mehmet Topalı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 33 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Mehmet Topal yeni komandasında 5 nömrəli formanı geyinəcək. Hansı ki, bu nömrə ötən mövsüm “Başakşəhər”də çıxış edən, bu yay isə “Fənərbaxça”ya keçən Emre Belözoğluda idi.

Türkiyə millisinin sabiq üzvü 7 il idi formasını geyindiyi “Fənərbaxça”dan bu yay ayrılıb. Topal daha öncə “Dardanelspor”, “Qalatasaray” və “Valensiya” klublarının da uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button