“Fənərbaxça” legionerini icarəyə göndərdi

“Fənərbaxça” isveçrəli hücumçusu Mixael Frayı yenidən icarəyə göndərib.

Komanda.az xəbər verir ki, 26 yaşlı futbolçu qarşıdakı mövsümü Belçikanın “Vasland-Beveren” klubunda keçirəcək.

Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. Frayın Belçika klubuna 1 illik icarəyə verildiyi diqqətə çatdırılıb.

Fray 2018-ci ildən “Fənərbaxça”dadır. O, geridə qalan mövsümü Almaniyanın “Nürnberq” klubunda icarədə keçirib. Mixael “Yanq Boyz”, “Lill”, “Lütsern” və “Sürix”də də forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button