“Fənərbaxça” futbolçusunu icarəyə göndərib

“Fənərbaxça” futbolçusu Linkoln Enrikeni icarəyə verib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək. 

25 yaşlı yarımmüdafiəçi mövsümün ikinci yarısını icarə əsasında “Braqantino”da keçirəcək.

“Fənərbaxça” Linkoln Enrikeni 2022-ci ilin yayında “Santa Klara”dan transfer edib. O, bu mövsüm komandanın heyətində bir matçda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button