Fərid Qayıbov Bolqarıstanda təltif olundu

Bolqarıstanın paytaxtı Sofiyada Avropa Gimnastikasının 30-cu – yubiley konqresi keçirilib.

Komanda.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov təşkilatın prezidenti olaraq konqresə sədrlik edib.

Toplantıda bir sıra hesabatlar, eləcə də qurumun yenilənmiş əsasnaməsi təsdiq edilib, yeni fəxri üzvlər qəbul olunub.

Bundan başqa, təşkilatın 2025-ci il konqresinin noyabrın 28-29-da Çexiyanın paytaxtı Praqada keçirilməsi qərara alınıb.

Fərid Qayıbov tədbirdə Bolqarıstanın gənclər və idman naziri Dimitar Lievə, Sofiya şəhərinin meri Vasil Terziyevə Avropa Gimnastikasının fəxri medallarını təqdim edib.

Həmçinin Fərid Qayıbov Litva Olimpiya Komitəsinin xüsusi medalı və Avropa Atletikası ilə əməkdaşlığa görə həmin təşkilatın xüsusi mükafatı ilə təltif edilib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button