“Fənərbaxça” yeni transferini rəsmən açıqladı

“Fənərbaxça” növbəti transferini rəsmiləşdirib.

Komanda.az xəbər verir ki, İstanbul klubu “Antalyaspor”un sağ cinah müdafiəçisi Nazim Sanqareni transfer edib.

Bu barədə “Fənərbaxça”nın rəsmi saytı məlumat yayıb. Xəbərdə 26 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.

Qeyd edək ki, Almaniyada anadan olan, lakin 2017-ci ildən formasını geyindiyi “Antalyaspor”dakı performansı ilə hətta Türkiyə millisinə də dəvət almağa başlayıb. Türkiyə mətbuatının yazdığına görə, bu transfer “Fənərbaxça”ya 1 milyon 750 min avroya başa gəlib.

Nazim Sanqare daha öncə “Allemaniya”, “Fortuna”, “Osnabryuk” kimi klublarda da forma geyinib.