“Fənərbaxça” Özilin maaşını açıqladı

Türkiyənin “Fənərbaxça” klubu yeni transferi Mesut Özilin maaşını açıqlayıb.

Komanda.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klub cari mövsümün sonuna kimi 33 yaşlı yarımmüdafiəçiyə ödəniş etməyəcək.

Bu müddət ərzində Özilin məvacibini sabiq klubu “Arsenal” ödəyəcək. Təcrübəli futbolçu növbəti 3 mövsümün hər birində “Fənərbaxça”dan 3 milyon avro maaş alacaq. O, əlavə olaraq, 550 min avronu isə imza üçün əldə edəcək.

Qeyd edək ki, “Fənərbaxça” Mesut Özilin imza mərasimini yanvarın 27-də təşkil olunacağını açıqlayıb.