“Qalatasaray”dan çətin qələbə

Futbol üzrə Türkiyə Super Liqasında 37-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. “Kayserispor” doğma meydanda “Yeni Malatyaspor”la qarşılaşıb və 3 cavabsız qolla qalib gəlib.

Bazar günü daha 7 qarşılaşma baş tutub. “Fənərbaxça” – “Fatih Karagümrük” matçında hesab açılmayıb. “Girəsunspor” – “Başakşəhər” matçı da heç-heçə yekunlaşıb.

“Konyaspor” doğma meydanda “Hatayspor”a, “Alanyaspor” isə “Qaziantep”ə qalib gəlib. Altı qolun qeydə alındığı “Kasımpaşa” – “Antalyaspor” matçında qonaqlar qələbəyə seviniblər. Səfərdə “Göztəpə” ilə qarşılaşan “Beşiktaş” turu inamlı qələə ilə başa vurub. Çempionluğu turlar öncə təmin etmiş “Trabzonspor” da “Altay”la ev oyunundan qalib ayrılıb.

Sonuncu oyun günündə iki qarşılaşma baş tutub. Səfərdə “Rizəspor”la qarşılaşan “Sivasspor” əzmkar qələbəyə sevinib. Beş qolun qeydə alındığı “Qalatasaray” – “Adana Dəmirspor” matçında da meydan sahibləri qalib gəliblər.

Türkiyə Super Liqası, 37-ci tur

14 may

Kayserispor – Yeni Malatyaspor 3:0
Qol
: G.Sazdağı, 10; 45+4. H.Erkip, 72.

15 may

Göztəpə – Beşiktaş 0:2
Qol
: Larin, 27. Jozef, 32.

Trabzonspor – Altay 2:1
Qol
: İ.Öztürk, 19-öz qapısına. Nvakaeme, 84 – M.Rodriqes, 70.

Alanyaspor – Qaziantep 3:0
Qol
: Dyedyu, 59. Eduardo, 89. Kandeyas, 90.

Fənərbaxça – Fatih Karagümrük 0:0

Kasımpaşa – Antalyaspor 2:4
Qol
: U.Bozok, 37; 90+6-pen – Fredi, 19. Naldo, 47. Rayt, 53. Haderqyonay, 70-öz qapısına.

Girəsunspor – Başakşəhər 1:1
Qol
: Peres, 72 – Okaka, 45+2.

Konyaspor – Hatayspor 3:1
Qol
: Byutyuqi, 6. Mixalak, 73. Koka, 87 – El Kaabi, 16.

16 may

Rizəspor – Sivasspor 1:2
Qol
: Boyd, 22 – E.Yeşilyurt, 31. Ulvestad, 75.

Qalatasaray – Adana Dəmirspor 3:2
Qol
: Qomis, 30-pen; 63. K.Aktürkoğlu, 55 – Y.Akgün, 9. Balotelli, 67.

Bombardir: Umut Bozok (Kasımpaşa), Yoel Pohyanpalo (Rizəspor) – 16 qol.