“Everton”dan etiraz

“Everton” klubu Premyer Liqa komissiyasının komandanın 10 xalını silməsi qərarına qarşı etiraz edib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Everton” məsələ ilə əlaqədar Premyer Liqa Məhkəmə Kollegiyasının sədrinə apellyasiya şikayəti verib. Bundan sonra işə baxmaq üçün apellyasiya şurası təyin olunacaq. 

İngiltərə Premyer Liqası maliyyə feyr-pley qaydalarını pozduğuna görə “Everton”u turnir cədvəlində 10 xaldan məhrum edib. Bu səbəbdən, komanda 14-cü yerdən 19-cu yerə düşüb. Keçirilən 13 oyundan sonra “Everton”un cəmi 4 xalı qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button