“Mançester Siti”nin futbolçusu “Everton”a keçir

İngiltərənin “Everton” klubu “Mançester Siti”nin yarımmmüdafiəçisini transfer etməyə yaxındır.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “şəhərlilər”in 29 yaşlı futbolçusu Fabian Delp karyerasını “Everton”da davam etdirə bilər. “Everton”un ingiltərəli futbolçu üçün qarşı tərəfə 8 milyon funt-sterlinq təklif etdiyi və bu transferi tamamlamağa yaxın olduğu bildirilir.

2015-ci ildən “Mançester Siti”nin formasını geyinən Fabian, son mövsümdə iştirak etdiyi 20 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button