“Bu oyunda qalib gəlməli idik, başqa variantımız yox idi”

İngiltərə Premyer Liqasında “Brayton”a 1:0 hesabı ilə qalib gələn “Tottenhem”in futbolçusu Kristian Eriksen matçdan sonra açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, komandasının yeganə qolunun müəllifi olan 27 yaşlı futbolçu, qələbəni belə şərh edib:

“Oyun çox çətin keçdi. Rəqib yaxşı müdafiə olundu. Qoldan əvvəl bir neçə dəfə hesabı açmağa yaxın olmuşdum, amma bu, alınmamışdı. Bütün heyətlə müdafiə olunan komandaya qarşı oynamaq çətindir.

Turnir cədvəlində 3-cü pilləni tutmaq çox vacib idi. Bu oyunda qalib gəlməli idik, başqa variantımız yox idi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button