“Qalatasaray” Eriksenlə razılığa gəlib

“Mançester Yunayted”in futbolçusu Kristian Eriksen karyerasını Türkiyədə davam etdirə bilər.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, danimarkalı yarımmüdafiəçinin xidmətində “Qalatasaray” maraqlıdır.

31 yaşlı futbolçunun “Qalatasaray”la şəxsi şərtləri razılaşdırdığı bildirilir. “Sarı-qırmızılar” İngiltərə klubu ilə icarə müqaviləsinin şərtlərini müzakirə edir.

Eriksen 2022-ci ilin yayından “Mançester Yunayted”də çıxış edir. O, bu mövsüm “qırmızı şeytanlar”ın heyətində meydana çıxdığı 19 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button