“Barselona” Rafinyanı 90 milyon avroya satacaq?

“Barselona”nın vingeri Rafinya Səudiyyə Ərəbistanı çempionatını təmsil edən klubların transfer hədəfləri sırasında qalmaqdadır.

Komanda.az “El Pais”-ə istinadən xəbər verir ki, adı açıqlanmayan klublar yay transfer dövründə braziliyalı futbolçu üçün 90 milyon avro ödəməyə hazırdır.

Bundan əlavə, oyunçuya illik təxminən 30 milyon avro məvacib təklif olunacağı gözlənilir.

Son məlumatlara əsasən, Rafinya gələcəyi ilə bağlı hələ yekun qərar verməyib. Halbuki, daha əvvəl 29 yaşlı futbolçunun Kataloniya klubunda qalmaq istədiyi bildirilirdi.

“Barselona”nın hücum xəttinin liderlərindən olan Rafinyanın klubla müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button