Luis Enrike: “Sakit olun! Komanda hazırdır”

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 1/8 finalında “Real Sosyedad”la qarşıdakı oyun haqda danışıb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, Fransa klubunun azarkeşlərini oyunla bağlı narahat olmamağa çağırıb:

“Çempionlar Liqası ilə bağlı çox gərginlik görürəm. Bununla belə, söhbət gərginlikdən yox, matçları rəqabətli oynamaqdan və rəqabətdən həzz almaqdan getməlidir. Artıq iki həftədir ki, televiziyada yalnız Çempionlar Liqasından danışırıq! Sakit olun, sakit olun! Komanda mükəmməl vəziyyətdə olacaq, onlar hazırdır”.

PSJ – “Real Sosyedad” matçı fevralın 14-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button