PSJ-də penalti vuranları kim seçir? – Enrike açıqladı

PSJ-nin baş məşqçisi Luis Enrike komandada penalti zərbələrini kimin yerinə yetirdiyini açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis bu qərarı məşqçilər heyətinin deyil, birbaşa futbolçuların özlərinin verdiyini bildirib:

“Markinyos və ya Vitinya qərar verir ki, penaltini kim vursun. Bu, oyunun gedişindən, epizoddan və futbolçuların özünəinamından asılıdır. Komandada çox sayda keyfiyyətli oyunçu var və hamısına güvənirik”.

Enrike əlavə edib ki, penalti zərbələrini müxtəlif futbolçular yerinə yetirə bilər. Namizədlər arasında Osman Dembele, Desire Due və Xviça Kvaratsxeliya da var.

PSJ Fransa çempionatında 26 turdan sonra 60 xalla turnir cədvəlinə başçılıq edir. Paris təmsilçisi növbəti turda, aprelin 4-də öz meydanında “Tuluza” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button