“Çox güman ki, Liqa 1-də motivasiyadan məhrum olacağıq” – Luis Enrike

PSJ-nin baş məşqçisi Luis Enrike komandasının Fransa Liqa 1-in turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Nitsa” üzərindəki üstünlüyünü şərh edib.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, o, çempionluq uğrunda mübarizənin davam etdiyini bildirib:

“Çempionluq yarışının taleyi həll olundumu? Heç bir halda. Çox güman ki, birbaşa rəqabətin olmaması səbəbindən Liqa 1-də motivasiyadan məhrum olacağıq. Lakin bu, bizim uğurumuzdur, çünki buna oyunumuz sayəsində nail olduq”.

Fransa çempionatının 22 turundan sonra PSJ 53 xal toplayıb və hazırda birinci pillədə qərarlaşıb. “Nitsa” 39 xalla ikinci pillədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button