Pedri Luis Enrikedə ən çox nəyi bəyənir?

“Barselona”nın və İspaniya millisinin yarımmüdafiəçisi Pedri yığmanın baş məşqçisi Luis Enrike ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, baş məşqçinin konkret fikirlər söylədiyini xüsusilə vurğulayıb:

“Luis Enrikedə ən çox nəyi bəyənirəm? O, sənə özünü uçurumdan atmağı söyləyə bilər, amma bunu inandırıcı şəkildə deyir. O, həmişə konkret göstərişlər verir ki, biz nə etməli olduğumuzu bilək.

Bir oyunçu ilə uzun danışıqlar etsəz, o, səhv edə bilər və ya sadəcə, səhv başa düşərək, başqa bir şey haqqında düşünə bilər. Enrike bizə konkret olaraq nə edəcəyimizi deyir”.

Enrikenin rəhbərliyi altında İspaniya millisi DÇ-2022-də Almaniya, Yaponiya və Kosta-Rika ilə eyni qrupda çıxış edəcək.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button