Emil Balayevli “Tobol”dan növbəti qələbə – VİDEO

Futbol üzrə Qazaxıstan çempionatında 27-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin formasını geyindiyi “Tobol” da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “Şaxtyor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Emil də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Tobol” hazırda 58 xalla 12 kollektiv arasında 1-ci pillədə qərarlaşıb.