Emil Balayevli “Tobol” 5 qola üzüldü – VİDEO

Futbol üzrə Qazaxıstan çempionatında 19-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin formasını geyindiyi “Tobol” da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda “Kayrat”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 3:5.

Emil də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü qollardan birini penaltidən buraxıb.

“Tobol” hazırda 39 xalla 12 kollektiv arasında zirvədə qərarlaşıb.