Emil Balayevin komandasında yeni futbolçu

Azərbaycan millisinin üzvü Emil Balayevin formasını geyindiyi “Tobol” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Kostanay təmsilçisi Roman Uxanovu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Uxanov “Tobol”un yetirməsidir. O, 2016-2018-ci illər aralığında Qazaxıstan klubunda çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button