Emil Balayev qayıtdı, “Tobol” darmadağına sevindi

Futbol üzrə Qazaxıstan çempionatında 11-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin formasını geyindiyi “Tobol” da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda “Atırau” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0.

Emil də bu görüşün iştirakçısı olub. Zədədən qayıdan millimizin üzvü start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Tobol” hazırda 23 xalla 12 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button