Emil Balayev oynadı, “Tobol” qalib gəldi

Futbol üzrə Qazaxıstan çempionatında 12-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin formasını geyindiyi “Tobol” da növbəti matçına çıxıb. Sözügedən klub səfərdə “Taraz”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Emil də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Tobol” hazırda 26 xalla 12 komanda arasında 2-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button