Dünyanın ən dəyərli futbolçuları açıqlandı SİYAHI

“KPMG Football Benchmark” nəşri dünyanın ən dəyərli futbolçularının adlarını açıqlayıb.

Komanda.az xəbər verir ki, 30 nəfərlik siyahıda 1-ci yerin sahibi Neymar olub. PSJ-də forma geyinən braziliyalı hücumçunun transfer dəyəri 229,1 milyon avrodur.

“Barselona”nın futbolçusu Lionel Messi 203,3 milyon avroyla 3-cü olub.

“Yuventus”un portuqaliyalı hücumçusu Kriştiano Ronaldo isə ilk 10-luğa düşə bilməyib.

İlk 10-luğu təqdim edirik:

  1. Neymar (PSJ) – 229,1 milyon avro
  2. Kilian Mbappe (PSJ) – 215
  3. Lionel Messi (“Barselona”) – 203,3
  4. Məhəmməd Salah (“Liverpul”) – 168,3
  5. Harri Keyn (“Tottenhem”) – 151,1
  6. Eden Hazard (“Çelsi”) – 148,2
  7. Kevin De Bruyne (“Mançester Siti”) – 129,4
  8. Antuan Qrizmann (“Atletiko”) – 125,6
  9. Pol Poqba (“Mançester Yunayted”) – 119,3
  10. Filippe Koutinyo (“Barselona”) – 118,2
Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button